Bakıda atasını qətlə yetirib meyitini yandıran oğlu həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda atasını qətlə yetirib meyitini yandıran oğlu həbs edilib

13:26 - 03 / 02 / 2018
Bakıda atasını qətlə yetirib meyitini yandıran oğlu həbs edilib

Xəzər rayonunda qətl hadisəsi baş verib.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb.

Rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyənləşib.

Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İ. Əliyevin oğlu Elməddin tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o “isti izlər”lə saxlanılıb. 

Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyənləşib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Vəlican Dadaşov və Nəcməddin İsmayılov da saxlanılaraq istintaqa cəlb ediliblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

S.Xankişiyeva

 

Paylaş:
568

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər