Azərbaycan Gimnastika Federasiyası FIG-nin “Mükafatlandırılan federasiyaların” siyahısında birinci olub | 1news.az | Xəbərlər
İdman

Azərbaycan Gimnastika Federasiyası FIG-nin “Mükafatlandırılan federasiyaların” siyahısında birinci olub

16:35 - 03 / 02 / 2018
Azərbaycan Gimnastika Federasiyası FIG-nin “Mükafatlandırılan federasiyaların” siyahısında birinci olub

Azərbaycan Gimnastika Federasiyası (AGF) dörd il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan federasiyaların” siyahısına daxil olub.

1news.az-ın AGF-ə istinadla verdiyi xəbərə görə, federasiyamızın 2017-ci il ərzində gimnastikanın üç növü üzrə dünya kuboklarına, FIG-nin bədii gimnastika üzrə qitələrarası, beynəlxalq, həmçinin kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarına və FIG Şura iclasına yüksək səviyyədə ev sahibliyi etməsi, bunlarla yanaşı FIG-nin tanıdığı gimnastikanın altı növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı beynəlxalq qurum tərəfindən dəyərləndirilib. Bütün bu göstəricilərə görə, AGF ilk pillədə qərarlaşıb.

Xatırladaq ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014-cü, 2015-ci və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında yer alıb.

S.Xankişiyeva

 

Paylaş:
1071

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər