Azərbaycan mülki aviasiyasının növbəti uğuru – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan mülki aviasiyasının növbəti uğuru – FOTO

17:14 - 08 / 02 / 2018
Azərbaycan mülki aviasiyasının növbəti uğuru – FOTO

Fevralın 8-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılış mərasimi keçirilib.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, Bakıda ASEC Mərkəzinin tikintisi üzrə Hökumətlərarası Memorandum Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin mart ayında Fransaya rəsmi səfəri çərçivəsində imzalanıb.

Sənəd "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Fransanın “THALES” şirkəti  arasında imzalanmışdır.  “Thales” şirkəti üçün pilot layihə sayılan bu layihənin ümumi dəyəri 7 milyon avro təşkil edir. 

ASEC Mərkəzinin açılması ilə əlaqədar olaraq keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov, Fransanın Azərbaycandakı Səfiri Orelia Buşez, “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin Direktoru Fərxan Quliyev, “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi və digərləri iştirak ediblər.

 “Hava Məkanından İstifadənin Səmərəlilik Mərkəzində aeronaviqasiya məlumatlarının mübadiləsi sahəsində qabaqcıl təcrübə və ən son texnologiyalardan istifadə edilmişdir. Bu, Brüsseldə yerləşən Avropa Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (Eurocontrol) və Sinqapurda yerləşən Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi arasında hava hərəkəti axınlarının əsas planlaşdırma mərkəzidir. ASEC sayəsində Azərbaycan həm “Eurocontrol”-un, həm də Asiyanın Hava Axınları Planlaşdırma Mərkəzinin strateji tərəfdaşı rolunu oynayacaq. Eyni mərkəzdən postsovet məkanında və Yaxın Şərq ölkələrində yoxdur”, - deyə Cahangir Əsgərov bildirib.

"Bu layihə Azərbaycan və Fransa, eləcə də hər iki ölkənin şirkətləri arasındakı möhkəm tərəfdaşlığın  göstəricisidir. Mən burada həm texniki, həm də estetik parametrlər üzrə gördüklərimdən böyük məmnunluq duydum. Biz çox şadıq ki, belə mərkəzin yaradılmasında iştirak etmişik. Mərkəz vasitəsilə mühüm məlumatları almaq və onları idarəetmə də istifadə etmək mümkündür. Bu onu göstərir ki, Azərbaycan bu regionda nəqliyyat habı olmağa qadirdir və olacaq da. Fransanın Azərbaycandakı səfiri kimi deyə bilərəm ki, bu layihə qarşılıqlı münasibətlərimizin çox gözəl göstəricisidir", -  Orelia Buşez qeyd edib.

“AZAL və “Thales Group” artıq 20 ildən çoxdur ki, əməkdaşlıq edir və strateji tərəfdaş olaraq qalmaqdadır. Yeni mərkəzdə tətbiq olunan sistemlər hava axınlarının idarəolunması üzrə ən müasir texnologiyalara əsaslanır ki, bu da onu adi hava hərəkətinin idarəolunması sistemindən daha əhəmiyyətli edir. Bu, AZAL-ın Azərbaycan hava məkanında çox sayda uçuşları idarə etməyə hazır olduğunun göstəricisidir. Əminəm ki, biz birlikdə daha çox iddialı layihələr həyata keçirə biləcəyik", - “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi qeyd edib.

Hazırda Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir.

Daha sonra Cahangir Əsgərov və Rafael Eskinazi danışıqlar aparmışdırlar. Aparılan danışıqlarda Azərbaycanın mülki aviasiyası sahəsində AZAL və “Thales”in gələcək əməkdaşlığı müzakirə edilmişdir. Danışıqların yekunlarına əsasən Azərbaycanda fransız şirkətinin məhsullarının istehsalı  üçün AZAL və “Thales”in Azərbaycanda birgə müəssisənin yaradılmasının mümkünlüyünü nəzərdən keçirmək barədə razılıq əldə olunmuşdur. 

Qeyd edək ki, Mərkəz aşağıdakı funksiyaları həyata keçirir:

- regional səviyyədə marşrut şəbəkələrinin inkişafı;

- hava hərəkəti axınının və hava məkanının buraxılış qabiliyyətinin planlaşdırılması və idarəedilməsi; 

- səmərəli sıxlıq və buraxılış qabiliyyətinin artırılması məqsədilə hava hərəkəti axınlarının istiqaməti üzrə “Eurocontrol” ilə koordinasiya; 

- hava məkanından istifadə üzrə monitorinq, təhlil, statistik məlumatların və hesabatların hazırlanması;

- hava məkanının sıxlığının təhlili;

- hava hərəkəti axınının dəyişdirilməsinə vaxtında reaksiya məqsədilə hava məkanının modelləşdirməsi;

- Azərbaycanın hava məkanının potensial istifadəçiləri bazarının araşdırılması və onların cəlb edilməsi.

S.Xankişiyeva

 

Paylaş:
782

Son xəbərlər

FHN silsilə maarifləndirmə tədbirləri keçiribBu gün, 16:41Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdıBu gün, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinirBu gün, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:08Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47
Bütün xəbərlər