Dubaydan gələn sərnişinlərdə 70 ədəd “İphone X” aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Dubaydan gələn sərnişinlərdə 70 ədəd “İphone X” aşkar edildi

18:41 - 08 / 02 / 2018
Dubaydan gələn sərnişinlərdə 70 ədəd “İphone X” aşkar edildi

Xeyli miqdarda mobil telefonun gizli yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Dubay-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan vətəndaşı əlbir olaraq 70 ədəd “İPhone X” markalı mobil telefonları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirməyə cəhd göstərib.

Belə ki, həmin şəxslər telefonların qablaşdırıldığı 4 ədəd polietilen paketi gəliş zalında gizlədərək gömrük zonasından keçirməyə çalışsalar da Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində qaçaqmalçılıq predmetləri aşkar edilib.

Aşkar edilən paketlərə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib və 4 ədəd polietilen paketdə ümumilikdə 70 ədəd “İphone X 64 GB”, “İphone X 256 GB” markalı mobil telefonların olduğu müəyyən edilib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin sərnişinlərlə əlbir olan daha iki nəfər araşdırma məqsədilə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər