Bakıda anti-dopinq seminarı keçiriləcək
Fevral ayının 15-də Azərbaycan Ağır Atletika Federasiyası (AMADA) və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçiriləcək.
1news.az-ın məlumatına görə, Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) təlimatına əsasən, AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında baş tutacaq tədbirdə dinləyici qismində idmançılar, müxtəlif ixtisaslı mütəxəssislər, inzibati və rəhbər şəxslər iştirak edəcəklər.
Seminarda Anti-Dopinq Qayda Pozuntuları (ADRVs), Dopinq Nəzarəti Prosesi (Doping Control Process), Məkan Məlumatı (Whereabouts), Qadağan edilmiş Maddələr və Üsullar Siyahısı (Prohibited List), Terapevtik İstifadə üçün İstisnalar (TUE) kimi mövzular barədə danışılacaq.
Mühazirəçilər Fərhad Abasov (hüquqşünas, AMADA), Emil Hacıyev (analitika üzrə menecer, AMADA), Kəmalə Babayeva (dopinq nəzarəti meneceri, AMADA) və Dr. Fərid Əliyev (Terapevtik İstifadəyə İcazə (TUE) Komitəsinin sədr müavini) olacaq.
1news.az