Bakı-Gəncə aviareysində ləngimə olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Gəncə aviareysində ləngimə olub

11:25 - 08 / 02 / 2018
Bakı-Gəncə aviareysində ləngimə olub

Gəncə aeroportunda qatı duman səbəbindən Bakı-Gəncə aviareysində ləngimə olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, fevralın 8-də saat 08:00-da həyata keçirilməli olan J2-239 saylı Bakı-Gəncə reysi təxirə salınıb.

AZAL-ın “Embraer E190LR” təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulan reys ilə növbəti uçuşun vaxtı hazırda məlum deyil.

S.Xankişiyeva

 

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər