Rusiya müsəlmanlarının rəhbəri Arxangelsk vilayətindəki Azərbaycan diasporunun sədrinə medal təqdim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya müsəlmanlarının rəhbəri Arxangelsk vilayətindəki Azərbaycan diasporunun sədrinə medal təqdim edib

12:14 - 09 / 02 / 2018
Rusiya müsəlmanlarının rəhbəri Arxangelsk vilayətindəki Azərbaycan diasporunun sədrinə medal təqdim edib

“Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımov cəmiyyətin mənəvi-əxlaqi dirçəlişi məsələlərinə, millətlərarası və dinlərarası həmrəyliyin və mədəni müxtəlifliyin möhkəmlənməsinə, tatar xalqının mədəni irsinin inkişafı məsələlərinə göstərdiyi diqqətə, Arxangelskdəki tarixi məscidin bərpa olunmasına verdiyi töhfələrə görə “Xidmətlərinə görə” (“Za zasluqi”) medalına layiq görülüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, T.Qasımova medalı Rusiya Müsəlmanlarının rəhbəri müfti şeyx Ravil Qaynutdin təqdim edib.

Arxangelskdə bərpa olunmuş tarixi məscid yenidən açılıb. Açılış mərasimində Rusiya Müsəlmanları Ruhani İdarəsinin, müfti şeyx Ravil Qaynutdin başda olmaqla Müftilər Şurasının nümayəndə heyəti, Arxangelsk vilayətinin qubernatoru İqor Orlov, Tatarıstan Prezidenti Rüstəm Minnixanov, Arxangelsk şəhərinin rəhbəri İqor Qodziş, yerli və regional hakimiyyət orqanlarının nümayəndələri, Rusiya din xadimləri, ənənəvi konfessiyaların və KİV-lərin təmsilçiləri iştirak ediblər.

S.Xankişiyeva

 

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər