Evində ölü tapılan xalq artisti ilə vida mərasimi keçirilməyəcək - Nazirlikdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Evində ölü tapılan xalq artisti ilə vida mərasimi keçirilməyəcək - Nazirlikdən AÇIQLAMA

13:01 - 09 / 02 / 2018
Evində ölü tapılan xalq artisti ilə vida mərasimi keçirilməyəcək - Nazirlikdən AÇIQLAMA

Evində ölü tapılan xalq artisti Zərnigar Ağakişiyeva ilə Bakıda vida mərasimi keçirilməyəcək.

1news.az xəbər verir ki, bu sözləri Sonxeber.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şixəmmədov deyib. Onun sözlərinə görə, mərhum aktrisanın cəsədi tibbi ekspertizadan dərhal sonra qohumlarına təhvil verilib:

“Hazırda cənazə Qubaya aparılır. Qubaya çatandan sonra dərhal dəfn olunacaq. Qubada təxminən 2-3 saata dəfn mərasimi keçiriləcək”.

Qeyd edək ki, xalq artisti Zərnigar Ağakişiyevanın Yasamal rayonu, Hüseyn Cavid prospekti 709 ünvanındakı 19 mərtəbəli yeni tikilinin 3-cü mərtəbəsində yerləşən mənzildə meyiti tapılıb. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.

Allah rəhmət eləsin!

Mövqu ilə əlaqədar:

Xalq artisti Zərnigar Ağakişiyeva vəfat edib

1news.az

Paylaş:
734

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər