Olimpiada hazırlıq mərkəzlərinə mediatur təşkil edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Olimpiada hazırlıq mərkəzlərinə mediatur təşkil edilib – FOTO

15:44 - 10 / 02 / 2018
Olimpiada hazırlıq mərkəzlərinə mediatur təşkil edilib – FOTO

Fevralın 10-da Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil edilib.

1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, mediaturda  bildirilib ki, 2015-ci ildə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya - biologiya təmayüllü Respublika liseyləri və eləcədə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Mərkəzlərdə fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri üzrə dərslər keçilir. Aşağı və yuxarı yaş qrupu olmaqla iki fərqli qruplarda aparılan hazırlıq dərsləri əsasən, şənbə və bazar günləri və ya həftə içi dərsdən sonra təşkil edilir.

Aşağı sinif şagirdləri arasında keçirilən  məktəblilərarası fənn müsabiqələrinin nəticələrinə əsasən, hər fəndən 20-30 şagird seçilərək aşağı yaş qrupları müəyyən edilir. Paytaxt məktəbliləri öz məktəblərində dərslərinə davam etməklə, həftədə bir neçə dəfə həmin mərkəzlərdə xüsusi hazırlıq məşğələlərində iştirak edirlər. Bölgə məktəblilərinin həftə ərzində olimpiadaya hazırlıq proqramlarında iştirakının təmin edilməsi məqsədi ilə onlar sözügedən təhsil müəssisələrində yerləşdirilirlər. Burada şagirdlər dövlət hesabına  isti yemək və yataqxana ilə təmin olunurlar.

Şagirdlərin olimpiadaya hazırlıq işlərinin keyfiyyətli və nəticəyönümlü olması üçün Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, Azərbaycan Mili Elmlər Akademiyasının ayrı-ayrı institutları ilə sıx əməkdaşlıq edilməkdədir.

Olimpiadalara hazırlıq mərkəzlərində şagirdlərin nəzəri biliklərlə yanaşı praktiki bilik və bacarıqları artırılır. Bu məqsədlə onlar ölkə daxilində və ya xaricdə müvafiq laboratoriyalarda hazırlıq proseslərinə cəlb olunurlar. Hazırda hər fəndən iki fərqli qrup olmaqla 300-dən çox şagird həmin mərkəzlərdə məşğələlərə qatılırlar.

S.Xankişiyeva

Paylaş:
650

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər