1news.az saytı yenidən hakerlərin hücumuna məruz qalıb - FOTO
1news.az İnformasiya Agentliyinin saytı kibercinayətkarlar tərəfindən haker hücumlarına məruz qalıb.
İT xidmətindən verilən xəbərə görə, cümə günü 23:00-dan etibarən 1,4 milyon dəfə haker hücumları, eləcə də 3 000 sınıdırılma aşkar edilib:
“Texniki məlumatlara əsasən, bütün hücumlar Rusiya ərazisindən həyata keçirilib. DDOS-hücum nəticəsində informasiya agentliyinə ciddi ziyan dəyməyib. Biz 1news.az saytına edilən bütün kiberhücumların qarşısını ala bilirik”.
Bununla yanaşı, DDOS-hücumlar zamanı 1news.az-ın xidməti elektron poçtuna ermənilər və Ermənistanla əlaqədar materialların dərc edilməsinin dayandırılması ilə bağlı hədələlər də daxil olub.
1news.az saytına dəfələrlə kiberhücumlar olub. Bu cür hadisələr beynəlxalq haker qrupu tərəfindən həyata keçirilir və cinayət məsuliyyətinə cəlb olunur.
Aşağıdakı cədvəldə 1news.az saytına edilən kiberhücumlarla bağlı texniki məlumatları nəzərinizə çatdırırıq:
S.Xankişiyeva