Eldar Əzizov: Bayılda sürüşmə sahəsində vəziyyət ciddidir, təhlükəsizlik tədbirləri görülür | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Əzizov: Bayılda sürüşmə sahəsində vəziyyət ciddidir, təhlükəsizlik tədbirləri görülür

16:24 - 10 / 02 / 2018
Eldar Əzizov: Bayılda sürüşmə sahəsində vəziyyət ciddidir, təhlükəsizlik tədbirləri görülür

“Bayıl yamacında sürüşmə sahəsində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Bayılda sürüşmə baş verən ərazidən köçürülən sakinlərlə söhbətinə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Rayon İH başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.

E.Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.

S.Xankişiyeva

 

Paylaş:
626

Son xəbərlər

Bütün xəbərlər