Bakı məktəbində seks qalmaqalının günahkarı həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı məktəbində seks qalmaqalının günahkarı həbs edilib

17:59 - 10 / 02 / 2018
Bakı məktəbində seks qalmaqalının günahkarı həbs edilib

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdinin 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Günahı sübuta yetiriləcəyi təqdirdə onu 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda istintaq davam etdirilir.

Təhsil Kompleksinin direktoru Sara Xanlarova “Report”a açıqlamasında işlə hüquq-mühafizə orqanlarının məşğul olduğunu, bu səbəbdən də geniş açıqlama vermək istəmədiyini bildirib: “Hələlik araşdırma gedir. Amma videogörüntülər quraşdırmadır. Bunun kim tərəfindən quraşdırıldığını bilmirik. Təhsil Nazirliyi də araşdırma aparır”.

Qeyd edək ki, hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

S.Xankişiyeva

 

Paylaş:
3619

Son xəbərlər

Bütün xəbərlər