Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “dəyirmi masa” keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “dəyirmi masa” keçirilib

12:21 - 10 / 02 / 2018
Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “dəyirmi masa” keçirilib

Moskva Millətlər Evində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə və Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 134-cü ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbir M.Ə.Rəsulzadə Cəmiyyəti və Moskvadakı Azərbaycan diaspor təşkilatları tərəfindən təşkil olunub.

M.Ə.Rəsulzadə Cəmiyyətinin sədri Füzuli Fərəcov tədbirin təşkilində dəstəyə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkürünü bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində geniş qeyd edilir, 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

F.Fərəcov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə ətraflı məlumat verərək bildirib ki, cəmi 23 ay fəaliyyət göstərən AXC-nin şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmayıb. Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalaraq Xalq Cümhuriyyətinin yaranması tarixini - 28 May gününü Respublika Günü kimi təntənə ilə qeyd edir.

Sonra M.Ə. Rəsulzadənin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş etdirilib.

Tanınmış diplomat, Azərbaycan emiqrasiya tarixinin tədqiqatçısı Ramiz Abutalıbov M.Ə.Rəsulzadənin və Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış ölkəmizin ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətləri barədə danışıb.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Dmitri Savelyevin köməkçisi Sergey Qordiyev M.Ə.Rəsulzadənin Azərbaycanda milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlərini vurğulayıb, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin tədbir iştirakçılarına məktubunu oxuyub.

Tarix elmləri namizədi, jurnalist Əşrəf Hüseynli, fəlsəfə elmləri doktoru, professor İbrahim Məlikov Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını diqqətə çatdırıblar.

“Dəyirmi masa”da Dövlət Dumasının, Azərbaycanın Rusiyadakı səfirliyinin, diasporumuzun nümayəndələri, tanınmış ictimai xadimlər, elm adamları iştirak ediblər.

S.Xankişiyeva

 

Paylaş:
468

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər