NASA Xəzər dənizində baş verən anomal prosesin görüntüsünü yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

NASA Xəzər dənizində baş verən anomal prosesin görüntüsünü yayıb

12:29 - 11 / 02 / 2018
NASA Xəzər dənizində baş verən anomal prosesin görüntüsünü yayıb

NASA Xəzər dənizində baş verən “süd qasırğası” adlanan anomal prosesinin görüntüsünü Instagram sosial şəbəkəsində paylaşıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, sözügedən görüntü yanvarın 9-da "Terra" peyki vasitəsilə çəkilib.

Məlumata əsasən, Xəzər dənizinin Türkmənistan sahillərində qeydə alınıb. Anomal proses zamanı külək dənizin səthində suyu qarışdırır və suyun dibindəki çöküntüləri üzə çıxır. Nəticədə dənizin bir hissəsində süd rəngli çalar əmələ gəlir.

Anomal hadisə balıqçılığa mənfi təsir göstərə bilər. Bu səbəbdən alimlər araşdırma aparmaq niyyətindədirlər.

S.Xankişiyeva

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər