Sərnişinlər avtobusun hərəkətinə belə təhlükə yaratdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərnişinlər avtobusun hərəkətinə belə təhlükə yaratdı - VİDEO

16:17 - 12 / 02 / 2018
Sərnişinlər avtobusun hərəkətinə belə təhlükə yaratdı - VİDEO

“BakuBus” sərnişinlərin avtobusun hərəkət zolağına çıxması, öz həyatlarını təhlükə altına atmaları və sərnişinin sürücünü günahsız yerə təhqir etməsini əks etdirən videogörüntü yayıb.

1news.az xəbər verir ki, hadisə 08.02.2018-ci il tarixində saat 17:41 radələrində 5 saylı marşrut xətti üzrə N.Nərimanov m/s-dan 20-ci sahə istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-221 dövlət qeydiyyat nişanlı avtobusun Dəmir yolu vağzalı dayanacağına yaxınlaşarkən baş verib.

Videogörüntüdən aydın olur ki, avtobusun hərəkət zolağına çıxan sərnişinlər öz həyatlarını təhlükəyə atmaqla yanaşı, avtobusun dayanacağa daxil olmasına maneə yaradır, hətta bir sərnişin avtobusun guya onların üzərinə sürüldüyünü iddia edərək sürücünü təhqir edir. 
Bu cür hallar avtobusun sünü şəkildə dayanacaqda ləngiməsinə, öz zolağında hərəkət imkanlarını məhdudlaşdırmasına, sürücülərdə stress vəziyyətinin yaranması ilə yanaşı bədbəxt hadisələrə də gətirib çıxara bilər.

“BakuBus” bir daha sərnişinləri qaydalara əməl etməyə, onları avtobusun hərəkət zolağına çıxmamağa, təhlükəsizlik və davranış qaydaılarına əməl etməyə çağırıb.

 

1news.az

 

 

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər