Bakıda metrosunda qadın qatarın altına yıxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda metrosunda qadın qatarın altına yıxılıb

19:53 - 13 / 02 / 2018
Bakıda metrosunda qadın qatarın altına yıxılıb

Bu gün metroda qısa müddətli gecikmə baş verib. Buna səbəb qadının qatarın altına yıxılması olub.

Bu barədə 1news.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, hadisə bu gün saat 18:49 radələrində metronun "İnşaatçılar" stansiyasında baş verib: “Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına "İnşaatçılar" stansiyasında bir xanım düşüb. İntihar deyil. Yıxılıb. Xəsarət almayıb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub. Hələ kimliyini müəyyən edə bilməmişik”.

1news.az

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər