BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

09:51 - 14 / 02 / 2018
BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “Azərspace-2” peykinin orbitə buraxılması mərasimində iştirak edəcək və ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu hadisənin canlı şahidi olacaq.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Azərbaycan Respublikasının sayca üçüncü peyki olacaq “Azerspace-2” peykinin buraxılması cari ilin aprel ayında  Fransız Qvianasında yerləşən Kuru kosmodromunun Qviana Kosmik Mərkəzində baş tutacaq.

BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin tələbəsinin ölkə üçün tarixi əhəmiyyətli mərasimdə - “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirakı üçün dəvət aldığına görə “Azərkosmos” ASC-nin rəhbərliyinə təşəkkür edib və onun bütün heyətinə uğurlar diləyib.

BANM ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində bu böyük tədbirdə iştirakı nəzərdə tutulmuş tələbə Ali Məktəbin  “Neft-qaz mühəndisliyi” ixtisasının üçünçü kurs tələbəsi olan Fərdin Vətənidir.  BANM-a 690 balla daxil olan Fərdin Vətəni Ali Məktəbin aktiv sosial-ictimai fəaliyyəti ilə fərqlənən tələbələrindəndir.

BANM ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində bu böyük tədbirdə iştirakı nəzərdə tutulmuş tələbə Ali Məktəbin  “Neft-qaz mühəndisliyi” ixtisasının üçünçü kurs tələbəsi olan Fərdin Vətənidir.  BANM-a 690 balla daxil olan Fərdin Vətəni Ali Məktəbin aktiv sosial-ictimai fəaliyyəti ilə fərqlənən tələbələrindəndir, eyni zamanda Prezident təqaüdçüsüdür.

Qeyd edək ki, 2013-cü ildə ilk peykinin orbitə çıxarılması ilə Azərbaycan dünya kosmik klubunun üzvünə çevrilmiş və ölkəmizdə kosmik sahənin əsası qoyulub.

S.Xankişiyeva

 

Paylaş:
733

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər