BANM-da “İnformasiya təhlükəsizliyi” üzrə mütəxəssislər hazırlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-da “İnformasiya təhlükəsizliyi” üzrə mütəxəssislər hazırlanacaq

10:22 - 15 / 02 / 2018
BANM-da “İnformasiya təhlükəsizliyi” üzrə mütəxəssislər hazırlanacaq

Bakı Ali Neft Məktəbi (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə mütəxəssis hazırlamağı planlaşdırır.

1news.az-a BANM-dan verilən məlumata görə, artıq bununla bağlı müəyyən təşkilati-inzibati işlərin icrasına başlanılıb.  

Məlumatda vurğulanıb ki,  bu gün informasiya texnologiyalarının sürətli inkişafına və informasiyaya əlçatımlığın asanlaşmasına paralel olaraq, bu sahəyə edilən qanunsuz müdaxilələrin də sayı artmaqdadır. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, mütərəqqi fiber-optik kommunikasiya infrastrukturlarının qurulduğu Azərbaycanda informasiya  təhlükəsizliyi böyük əhəmiyyət daşıyır.

Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Bu baxımdan, informasiya sisteminin güvənliyini, sistemə bağlı informasiya ehtiyatlarının və eyni zamanda bu texnologiyalardan istifadə edən istifadəçiləri hədəfə alan, yenə də informasiya texnologiyalarından istifadə edilərək həyata keçirilən kibercinayətlərə qarşı effektiv mübarizə aparılması üçün bu sahədə peşəkar mütəxəssislərə böyük təlabat yaranmışdır.

Bütün bu faktorları nəzərə alan Bakı Ali Neft Məktəbi (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə mütəxəssis hazırlamağı planlaşdırır. Qeyd edək ki, artıq bununla bağlı müəyyən təşkilati-inzibati işlərin icrasına başlanılıb.  

Hazırda bakalavr pilləsi üzrə “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə yüksək potensiallı kadr hazırlığını həyata keçirən Ali Məktəbdə “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisi əmək bazarında bu sahənin mütəxəssislərinə olan ehtiyacı böyük ölçüdə qarşılayacaqdır. Xatırladaq ki, dünyanın tanınmış universitetlərinin zəngin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən BANM-da bütün ixtisaslar üzrə mütəxəssis hazırlığı ingilis dilində aparılır, tədris yüksək ixtisaslı yerli və əcnəbi professor-müəllim heyəti tərəfindən həyata keçirilir.

1news.az

 

Paylaş:
924

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər