Giorgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars dəmir yolu regionda iqtisadi inkişafa böyük töhfədir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Giorgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars dəmir yolu regionda iqtisadi inkişafa böyük töhfədir

13:21 - 18 / 02 / 2018
Giorgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars dəmir yolu regionda iqtisadi inkişafa böyük töhfədir

Bakı-Tbilisi-Qars dəmir yolu regionda iqtisadi inkişafla yanaşı, təhlükəsizliyə də böyük töhfədir.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirlər Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Türkiyə hökumətinin başçısı Binəli Yıldırımla görüşündə səslənib.

Görüşdə həmçinin, Gürcüstan ilə Türkiyə arasında ikitərəfli ticari-iqtisadi münasibətlərin müsbət dinamikası müzakirə olunub. Regional enerji və nəqliyyat layihələri çərçivəsində əməkdaşlıq, Bakı–Tbilisi–Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb. Söhbət zamanı regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.

Bundan başqa, bu ilin birinci yarısında Türkiyədə keçiriləcək Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının görüşü barədə fikir mübadiləsi aparılıb, G.Kvirikaşvili bu görüşdə iştirak edəcəyini bildirib.

S.Xankişiyeva

 

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər