Fikrət Məmmədov Cocuq Mərcanlıda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Fikrət Məmmədov Cocuq Mərcanlıda vətəndaşları qəbul edəcək

10:01 - 20 / 02 / 2018
Fikrət Məmmədov Cocuq Mərcanlıda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 23-də Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbulda Cəbrayıl, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a; əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

1news.az

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər