Arzu Rəhimova iki müavin təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Arzu Rəhimova iki müavin təyin edilib

11:37 - 20 / 02 / 2018
Arzu Rəhimova iki müavin təyin edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni təyinatlar olub.

1news.az xəbər verir ki,  bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Şahvələd İsmayıl oğlu Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini - Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi təyin edilib.

Prezidentin digər sərəncamı ilə Yusif Həsən oğlu Mirzəyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.

1news.az

Paylaş:
1276

Son xəbərlər

Bütün xəbərlər