Sumqayıtda çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb

09:44 - 21 / 02 / 2018
Sumqayıtda çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb

Sumqayıt şəhərində çox mərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.

Yaralılar yerli sakinlərin köməyikliyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər