75 yaşlı nənə: Əgər bilsəm ki, nəvəm homoseksualdır özümü öldürərəm – VİDEO

Sərraf Kərimov adlı video-blogger YouTube kanalında 75 yaşlı nənəsi Rəviyyə xanımla bloq yayımlayır. İstisna deyil ki, nənə tez bir zamanda sosial şəbəkə ulduzuna çevriləcək.
Video-çarxların birində 75 yaşlı nənə internet istifadəçilərinin suallarını cavablandırarkən 14 yaşında məktəbdən qaçaraq həyat yoldaşına yemək hazırladığını bildirib. Belə ki o, tez bir zamanda ailə həyatı qurub.
Sosial şəbəkə istifadəçilərindən biri Rəviyyə xanımdan soruşub:
“İki kişinin münasibətinə necə baxırsınız?” Nənə də cavabında bildirib ki, yaxşı, xoşbəxt olsunlar, əgər qardaş olsalar”.
Nəvəsinin sual ilə bağlı düzəlişlərindən sonra nənə bildirib:
“Oy, vay, vay, vay. Buna çox pis baxıram. Oğlan qızla evlənməlidir. Qız isə oğlana ərə getməlidir.
Digər sual da seksual azlıqlarla bağlı olub:
“Nəvəniz homoseksual olduğunu bilsəniz nə edərsiniz?”
“Əgər belə olsa, özümü öldürərəm. O, məni çox istəyir. Belə şey eləməz” – deyə nənə cavab verib.
Rəviyyə xanımın ən böyük arzusu nəvəsinin toyunu görmək, nəticəni görməkdir.
Nənənin YouTube-dakı “macəraları” ilə bağlı aşağıdakı videolardan baxa bilərsiniz:
S.Xankişiyeva