“Samsung Galaxy S10” barədə maraqlı məlumat açıqlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Samsung Galaxy S10” barədə maraqlı məlumat açıqlandı

23:54 - 23 / 02 / 2018
“Samsung Galaxy S10” barədə maraqlı məlumat açıqlandı

Cənubi Koreya nəhəngi yeni mobil rabitə texnologiyasının hazırlanması və sınaqdan keçirilməsi üzrə razılaşma imzalayıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Samsung” şirkəti “5G” mobil rabitə texnologiyasının hazırlanması üzrə “Qualcomm” şirkəti ilə əməkdaşlıq edəcək.

“Galaxy S10” yeni rabitə şəbəkəsini dəstəkləyən ilk qurğulardan biri olacaq. Belə ki, “Qualcomm” şirkəti “TSMC” ilə əməkdaşlıqdan imtina edərək “Samsung” şirkəti ilə 10 illik müqavilə bağlayıb.

“PhoneArena” nəşri yazır ki, “Galaxy S10” smartfonu 2019-cu ilin əvvəlində təqdim edilə bilər və bu halda sözügedən qurğu “5G” tezliyini tutan yeni nəsil “Snapdragon 855” prosessoru ilə təchiz ediləcək.

1news.az

Paylaş:
928

Son xəbərlər

Bütün xəbərlər