Xəzər dənizində xeyli miqdarda qaçaqmal narkotik aşkarlanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzər dənizində xeyli miqdarda qaçaqmal narkotik aşkarlanıb – FOTO

09:58 - 27 / 02 / 2018
Xəzər dənizində xeyli miqdarda qaçaqmal narkotik aşkarlanıb – FOTO

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən qanunsuz ola­raq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaq­mal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb.

1news.az-ın məlumatına görə, 2017-ci ilin fevral ayının 23-də Astara rayonu ərazisində DSX Sahil Müha­fizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin sərhəd su­­la­rımıza daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub.

Üzmə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koor­dinatları üzrə su səthinə baxış keçirilib, 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülüb.

Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şək­lində heroinə oxşar maddə aşkar olunub.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
640

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər