Turistlərin sərhəd buraxılış məntəqələrini rahat şəkildə keçmələri diqqət mərkəzində saxlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Turistlərin sərhəd buraxılış məntəqələrini rahat şəkildə keçmələri diqqət mərkəzində saxlanılır

15:40 - 28 / 02 / 2018
Turistlərin sərhəd buraxılış məntəqələrini rahat şəkildə keçmələri diqqət mərkəzində saxlanılır

Azərbaycanın inkişaf edən turizm sənayesi, qurulan müasir infrastruktur, xidmət keyfiyyətinin yaxşılaşdırılması, sistemli təbliğat işləri, ən əsası isə viza sisteminin sadələşdirilməsi ölkəmizə turist axının sürətlənməsində mühüm rol oynamışdır.

1news.az-a Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, Prezident İlham Əliyevin 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının sürətləndirməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı da sərhəd keçmə prosesi zamanı yaranan vaxt itkisinin aradan qaldırılması, həmçinin yarana biləcək sıxlığın qarşısının alınması, eyni zamanda sərhəd keçid məntəqələrində viza rəsmiləşdirilməsinin həyata keçirilməsini əhatə edir.

Bundan əlavə, dövlət başçısının 2016-cı il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilən Turizm Şurası haqqında Əsasnamədə turizm sahəsində işlərin gedişatı, o cümlədən sərhəd buraxılış məntəqələrindən turistlərin Azərbaycan Respublikası ərazisinə buraxılışının həyata keçirilməsi ilə bağlı müşahidələr aparılmasını təmin etmək, məlumatları toplamaq, təhlil etmək, məmnunluq anketi tərtib etmək və müvafiq informasiyanı müntəzəm olaraq ictimaiyyətə açıqlamaq əksini tapıb.

Buna görə də ölkəmizə gələn turistlərin sərhəd buraxılış məntəqələrini rahat şəkildə keçmələri diqqət mərkəzində saxlanılır, bu kontekstdə müvafiq addımlar atılır. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə sərhəd buraxılış məntəqələrində müşahidələr aparır, mövcud vəziyyət təhlil edilir, sərhəd keçmə prosedurlarının sadələşdirilməsi və sürətli keçidin təmin edilməsi istiqamətində müvafiq təkliflər hazırlanaraq Azərbaycan Turizm Şurasına təqdim olunur. Qeyd olunan dövlət orqanlarının nümayəndələri xüsusilə bayram günlərində və yay turizm mövsümündə, yəni ölkəmizə səfər edən xarici turistlərin sayının daha çox olduğu dövrlərdə bu prosesi həyata keçirirlər. Ötən ilin mart və iyun aylarında bu istiqamətdə müşahidələr aparılmış və müvafiq təkliflər Turizm Şurasına təqdim edilib.

Növbəti müşahidə prosesinin cari ilin mart ayında aparılması nəzərdə tutulur.

S.Xankişiyeva

 

 

Paylaş:
541

Son xəbərlər

Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdiBu gün, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndiBu gün, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıbBu gün, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVABu gün, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıbBu gün, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEOBu gün, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilibBu gün, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıbBu gün, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilibBu gün, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİBBu gün, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab veribBu gün, 16:18Ağdaşda 5 otaqlı ev yanıbBu gün, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıbBu gün, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklərBu gün, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcəkBu gün, 15:23Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıbBu gün, 15:22FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 15:07Mustafa Qurbanlı: SOCAR-ın məqsədi Milli Enerji Şirkəti olmaqdıBu gün, 14:50
Bütün xəbərlər