Sabah BANM və ASAN Xidmətin birgə layihəsi olan 1-ci  Karyera Sərgisi baş tutacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah BANM və ASAN Xidmətin birgə layihəsi olan 1-ci  Karyera Sərgisi baş tutacaq

10:32 - 28 / 02 / 2018
Sabah BANM və ASAN Xidmətin birgə layihəsi olan 1-ci  Karyera Sərgisi baş tutacaq

Bakı Ali Neft Məktəbi (BANM) və ASAN xidmətin ASAN Könüllülük Məktəbi ilk dəfə öz birgə layihələrini – Karyera Sərgisini təşkil edəcək.

Bu haqda 1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  

BANM-ın kampusunda keçiriləcək sərgi 1 mart, saat 10:00-dan – 17:00-dək davam edəcək. ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi tərəfindən layihələndirilən Karyera Sərgisinin əsas məqsədi ölkənin aparıcı şirkətləri ilə öz karyeralarını qurmaq istəyən potensial gənc kadrları görüşdürmək və hər iki tərəfi yararlandırmaqdır.

Sərgidə 50-dən çox şirkət artıq öz iştirakını təsdiq edib. Bu şirkətlərə SOCAR, Paşa Siğorta, Gilan Holdinq, EY, KPMG, Delloitte, PwC Azerbaijan, Azercell, BP Exploration Caspian Sea Azerbaijan, Atəşgah Siğorta,  Azər Türk Bank, Fireworks HR Agency, Coca-cola Bottlers Ltd, Azərsun Holding, Holday İnn Hotel Baku, Kapital Bank ASC, JW Marriott Absheron Baku, Rabitabank ASC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Silk Way Bank, European Tobacco Baku ASC, SOCAR Polymer, Kapital Bank ASC, NOVA Digital Solutions, NOVCO Group və başqaları daxildir. Sərgidə iştirak edən gənclər həmin şirkətlərin insan resursları üzrə mütəxəssislərilə görüşmək, CV-lərini təqdim etmək şansı əldə edəcəklər. Burada işəgötürənlər və namizədlər üçün üz-üzə görüşlərin təşkil olunması və məlumat mübadiləsi məqsədilə əlaqələrin qrurulması üçün çox gözəl şərait yaradılacaq.

Qeyd edək ki,  BANM və ASAN Xidmət gənc mütəxəssislərin işlə təmin olunması məsələrinə hər zaman xüsusi diqqət yetirən müəssisələr sırasındadır. Xatırladaq  ki, BANM-ın ötənilki məzunlarının 100%-i artıq işlə təmin olunub, ASAN Könüllülük Məktəbindən isə bu günə kimi 860-dən çox məzun ASAN kadr işlə təmin edilib.

S.Xankişiyeva

 

 

 

Paylaş:
747

Son xəbərlər

“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilibBu gün, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıbBu gün, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!Bu gün, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdiBu gün, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndiBu gün, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıbBu gün, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVABu gün, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıbBu gün, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEOBu gün, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilibBu gün, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıbBu gün, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilibBu gün, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİBBu gün, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab veribBu gün, 16:18Ağdaşda 5 otaqlı ev yanıbBu gün, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıbBu gün, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklərBu gün, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcəkBu gün, 15:23
Bütün xəbərlər