Bakıda avtomat satmaq istəyən şəxs tutulub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomat satmaq istəyən şəxs tutulub – FOTO

11:47 - 28 / 02 / 2018
Bakıda avtomat satmaq istəyən şəxs tutulub – FOTO

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə Bayıl qəsəbəsi ərazisində Abzər adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması, gəzdirməsi və satmaq istəməsi barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abzər Abzərov saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 21 ədəd patron “AK-74” markalı avtomat aşkar olunaraq götürülüb. A.Abzərov maddi sübutlarla birgə istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində odlu silahı satmaq məqsədi ilə Bayıl qəsəbəsinə gətirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

1news.az

Paylaş:
600

Son xəbərlər

“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcəkBu gün, 15:23Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıbBu gün, 15:22FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 15:07Mustafa Qurbanlı: SOCAR-ın məqsədi Milli Enerji Şirkəti olmaqdıBu gün, 14:50AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edibBu gün, 14:32“Yango” Azərbaycanın taksi parklarına avtomobillərini yeniləməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkBu gün, 14:24Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıbBu gün, 11:55
Bütün xəbərlər