Moskva məktəbliləri üçün Azərbaycan mədəniyyəti dərsi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskva məktəbliləri üçün Azərbaycan mədəniyyəti dərsi keçirilib

15:25 - 01 / 03 / 2018
Moskva məktəbliləri üçün Azərbaycan mədəniyyəti dərsi keçirilib

Azərbaycan Mədəniyyətinin İntibah və İnkişafı Fondu Moskva Millətlər Evinin Gənclərlə iş şöbəsi ilə birgə Rusiya paytaxtında məktəblilər üçün Azərbaycan mədəniyyətinə həsr olunmuş dərs təşkil edib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Moskva şəhərinin 967 nömrəli ümumtəhsil məktəbində baş tutan “Dostluq dərsi”nin məqsədi məktəblilərin Azərbaycan xalqının ənənələri və mədəniyyəti haqqında olan məlumatını genişləndirməkdir. 3,4, və 5-ci sinif şagirdləri üçün təşkil olunmuş dərsdə 100-dən artıq məktəbli iştirak edib.

Azərbaycan Mədəniyyətinin İntibah və İnkişafı Fondunun direktoru Şamil Tağıyev şagirdləri salamlayaraq layihə haqqında qısa məlumat verib. O, həmçinin, Moskva Mədəniyyətlər Evinin nümayəndələrinə əməkdaşlıq üçün təşəkkür edib. Daha sonra Moskva Millətlər Evinin Gənclərlə iş üzrə şöbəsinin müdir müavini Semyon Qulimov çıxış edib.

“Dostluq dərs”ində məktəblilərə Azərbaycan xalqının əsas bayramları, simvolları, mədəniyyəti, ənənələri və tarixi haqqında qısa videoçarx nümayiş etdirilib. Sonra məktəblilər Azərbaycanın qızıl fondundan “Cırtdan” cizgi filmini izləyiblər. Dərsdə tədbirə dəvət olunmuş “Qarabağ” ansamblın rəqqasları Azərbaycan milli rəqslərini ifa edib və məktəblilər üçün master-klass keçiblər.

S.Xankişiyeva

 

Paylaş:
605

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər