"Xəzər” TV-nin xanım əməkdaşı qarət edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

"Xəzər” TV-nin xanım əməkdaşı qarət edilib

14:04 - 02 / 03 / 2018
"Xəzər” TV-nin xanım əməkdaşı qarət edilib

“Xəzər” TV-nin əməkdaşı Ülkər Qasımqızı qarət edilib.

1news.az xəbər verir ki, hadisə fevralın 28-də Qara Qarayev prospekti 39/47 ünvanında, “Oskar” mebel salonunun qarşısında qeydə alınıb.

Jurnalist Ülkər Qasımqızı mebel salonunda olarkən onun maşından əl çantası oğurlanıb.

Çantaa ona məxsus şəxsiyyət vəsiqəsi, mənzilinin açarları, maaş kartı, nişanlısının Gürcüstan Respublikası vətəndaşlığına aid ümumvətəndaşlıq pasportu, anasına məxsus maaş kartı və digər əşyalar olub.

Oğurluq edən şəxsin görüntüləri ətrafda yerləşən mağazanın müşahidə kameralarına düşüb.

Jurnalist hadisə ilə Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə məlumat verib.

1news.az

Paylaş:
1115

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər