Azərbaycanda 44 santimetr hündürlükdə qar yağıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 44 santimetr hündürlükdə qar yağıb

11:32 - 02 / 03 / 2018
Azərbaycanda 44 santimetr hündürlükdə qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində martın 1-i axşamdan martın 2-si səhərədək hava şəraiti-qeyri sabit keçib.

1news.az-a Departamentdən verilən məlumata görə, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.  Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-18, Kiçik Qafqazda 3-5, Naxçıvan MR-da 0-2, Qazax-Gəncə zonasında 0-3, Bakıda və Abşeron yarımadasında, Mərkəzi-Aran rayonlarında və Lənkəran-Astara zonasında 0-1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 44, Qırızda 21, Sarıbaşda 16, Kişçay, Xınalıqda 6, Daşkəsən, Göygöldə 5, Gədəbəydə 3, Quba, Qubanın dağlıq ərazilərində 3-21,  Xaltanda 1 sm olub.

S.Xankişiyeva

 

Paylaş:
674

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər