Unibank 2020-ci ilədək Milli komandamıza dəstək verəcək - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank 2020-ci ilədək Milli komandamıza dəstək verəcək - FOTO

16:06 - 05 / 03 / 2018
Unibank 2020-ci ilədək Milli komandamıza dəstək verəcək - FOTO

Unibank daha bir layihəyə imza atdı. Bank 2020-ci ilədək Güllə atıcılığı üzrə milli paralimpiya komandasına dəstək olacaq.

2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarında  Güllə atıcılığı üzrə milli paralimpiya komandasının üzvlərinin də iştirakı nəzərdə tutulur. Qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olan Unibank, komandanın inkişafına da dəstək verəcək. 3 illik rəsmi tərəfdaşlıqla bağlı “Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb.

Unibank-ın bu addımı özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti üçün çox yaxşı və öyrənilməli bir nümunədir. Bunu imzalanma mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib: “Biz bu böyük dəstəyə görə Unibank-a təşəkkür edirik. İnanırıq ki, bu əməkdaşlıq Güllə atıcılığı üzrə milli paralimpiya komandasının daha böyük uğurlara imza atmasına imkan verəcək. Güllə atıcılığı üzrə milli paralimpiya komandası bizim ən güclü komandalarımızdan biridir. Hətta ilk paralimpiya medalını da bizə güllə atıcılarımız gətirib”.

Belə bir güclü komandanın oyunlarına dəstək vermək bizim üçün də sevindiricidir deyən “Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov, bankın KSM layihələr üzrə uzun illərə dayanan bir təcrübəsi olduğunu xatırladıb: “Unibank uzun illər futbolun inkişafına dəstək olub, idman, mədəniyyət və digər sahələrdə layihələrin iştirakçısı olmuşuq.  Biz çox şadıq ki, belə mühüm bir layihənin də rəsmi tərəfdaşı olduq. İnanırıq ki, qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandamız bir çox beynəlxalq yarışların qalibi olacaq və bank olaraq biz də onların yanında olacağıq”.

Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baç məşqçisi Əkbər Muradov  da Unibank-ın bu qərarının bütün komanda üzvlərini çox sevindirdiyini və onlarda böyük ruh yüksəkliyi yaratdığını bildirib: “Bu dəstək komandamızın qələbə  əzmini daha da artıracaq və daha böyük nailiyyətlərə imza atacağıq. Komandamız adından bu böyük dəstək üçün Unibank-a minnətdarıq”.

####

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

 

 

Reklam hüququnda

 

Paylaş:
691

Son xəbərlər

Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23
Bütün xəbərlər