Ədliyyə naziri Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədliyyə naziri Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək

22:43 - 05 / 03 / 2018
Ədliyyə naziri Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən martın 7-də Quba rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbulda Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, bina 17, əlaqə telefonu: (02332) 5-18-88), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

1news.az

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər