“ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin hesabatlarının tərtib edilməsi xidmətinə başlanılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin hesabatlarının tərtib edilməsi xidmətinə başlanılıb

12:44 - 06 / 03 / 2018
“ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin hesabatlarının tərtib edilməsi xidmətinə başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin həyata keçirilməsinə başlanılıb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, vətəndaşlar bu çərçivədə Vergilər Nazirliyinə rüblük sadələşdirilmiş, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə-dublikatların onlayn sifariş edilməsi, onlayn kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, aylıq elektron qaimələrin göndərilməsi,  əmək müqavilələrinin onlayn qeydiyyatı,  Dövlət Sosial Müdafiə Fonduna rüblük  hesabatının verilməsi,  Dövlət Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ərtaflı məlumatı 108 “Çağrı”  mərkəzinə zəng etməklə əldə edə bilərlər. 

1news.az

Paylaş:
579

Son xəbərlər

Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31
Bütün xəbərlər