Növbəti Bakı Şopinq Festivalının tarixi məlum oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Növbəti Bakı Şopinq Festivalının tarixi məlum oldu

13:55 - 07 / 03 / 2018
Növbəti Bakı Şopinq Festivalının tarixi məlum oldu

Bakıda üçüncü dəfə təşkil olunacaq Şopinq Festivalının tarixi açıqlanıb.

Azərbaycan Konqreslər Bürosundan 1news.az-a verilən məlumata görə, növbəti ticarət festivalı mayın 1-dən 31-dək keçiriləcək. Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək.

Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə, “Baku Shopping Festival – Tax- Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına - karta köçürmə yolu ilə əldə etmək mümkündür.

Bütün bunlarla yanaşı, festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.

1news.az

 

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər