Yapı Kredi Bankda endirimli kreditlər dövrü başladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yapı Kredi Bankda endirimli kreditlər dövrü başladı

11:10 - 07 / 03 / 2018
Yapı Kredi Bankda endirimli kreditlər dövrü başladı

Yapı Kredi Bank Azərbaycan kredit məhsulu üzrə faizlərə endirim edib və müxtəlif istehlak krediti məhsullarını müştərilərinə təqdim edir.

İstehlak krediti üzrə illik faiz dərəcələri 18%-dən, effektiv faiz dərəcəsi isə 10%-dən başlayır. Digər bir maraqlı məqam isə kreditlərin maksimum məbləğinin olmamasıdır. Yəni, müştərilər istənilən məbləğdə fərdi ehtiyac krediti üçün banka müraciət edə bilərlər. Kreditin maksimum müddəti 36 aydır. Məhsullarla bağlı məlumatı aşağıda diqqətinizə çatdırırıq:

Kimlər müraciət edə bilər?

Yapı Kredi Bank Azərbaycanın istehlak kredit məhsulundan neft-qaz, İT və telekommunikasiya sahəsində çalışanlar, əmək haqqını Yapı Kredidən alanlar, Bankın təkrar müştəriləri və digər bütün yeni müştərilər istifadə edə bilərlər. Bunun üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayışla bankın filiallarına müraciət edə bilərlər. (https://www.yapikredi.com.az/az/filiallar ) Krediti online da sifariş etmək mümkündür. Online sifariş üçün müvafiq linkə klik etmək lazımdır. https://www.yapikredi.com.az/az/kredit-sifarisi.

Məhsulla bağlı ətraflı məlumatı www.yapikredi.com.az ünvanından və ya 24/7 fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən telefon mərkəzi və internet/mobil bankçılıq xidmətləri ilə xidmət göstərir.

Reklam hüququnda

 

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər