Paytaxtın iki əsas avtomagistralında sürət həddi endirilb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın iki əsas avtomagistralında sürət həddi endirilb

13:11 - 12 / 03 / 2018
Paytaxtın iki əsas avtomagistralında sürət həddi endirilb

Martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.

1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

BNA-dan bildirilib ki, eyni zamanda elektron lövhələrə “Sürüşkən Yol” işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. 

1news.az

Paylaş:
662

Son xəbərlər

Bütün xəbərlər