Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

“Sovetski” adlanan ərazidə aparılan təmir işləri ilə əlaqədar iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat veriblər.
Məlumata görə, paytaxtın Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq martın 15 və 16-da saat 00:00-dan 06:00-a qədər Şıxəli Qurbanov küçəsinin Salatın Əsgərova küçəsi ilə kəsişməsindən Füzuli küçəsinə qədər, Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsindən Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Balababa Məcidov küçəsi və Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilir.
1news.az