Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır

19:27 - 16 / 03 / 2018
Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Məlumata görə, ilk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 133 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Baş Ələt stansiyasının cüt boğazlarında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.

1news.az

Paylaş:
794

Son xəbərlər

Bütün xəbərlər