Avropa İttifaqı Bakı Limanına 1 milyon avro maliyyə dəstəyi göstərəcək
Avropa İttifaqı Bakı Limanına 1 milyon avro məbləğində maliyyə dəstəyi göstərəcək.
1news.az-ın məlumatına görə, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Aİ tərəfindən maliyyələşdirilən Ələtdə yerləşən yeni Bakı Limanı və Azad Ticarət Zonasının əməliyyat imkanlarının genişləndirilməsi ikiillik layihədir.
Taleh Ziyadovun sözlərinə görə, layihə Bakı Limanın potensialının daha da artırılmasına, Avropa İttifaqı limanları ilə əlaqənin təkmilləşdirilməsinə xidmət edəcək:
“Layihənin dəyəri bir milyon avrodur. Bu layihə çərçivəsində Aİ Bakı limanına ciddi dəstək göstərəcək. Bu, limanın əməliyyatlarının daha da təkmilləşdirilməsinə, eyni zamanda təcrübə mübadiləsinə və Aİ-nin limanları ilə fəaliyyətin yaxınlaşıdırılmasına xidmət edəcək”.
P.Sultanova