“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib

12:32 - 17 / 03 / 2018
“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib

Martın 17-də “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) istifadəyə verilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, “Dərnəgül” NMM-nin fəaliyyətə başlaması ilə əsasən, ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürülüb.

Bununla da, günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısı alınır və sıxlıq aradan qaldırılır.

Metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Buradan gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi gözlənilir. Ərazidə, eyni zamanda, taksi minik avtomobilləri üçün də dayanacaqlar müəyyənləşdirilərək nişanlanıb.

S.Xankişiyeva

 

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər