60-cı mağaza düz şəhərin mərkəzində - Nizami küçəsində açıldı! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

60-cı mağaza düz şəhərin mərkəzində - Nizami küçəsində açıldı! - FOTO

17:50 - 19 / 03 / 2018
60-cı mağaza düz şəhərin mərkəzində - Nizami küçəsində açıldı! - FOTO

Optimal şirkəti Nizami küçəsində yeni, ən böyük mağazalarından birinin təntənəli açılış mərasimini keçirib. 1000 kv. m sahəyə malik olan Optimal Nizami filialında geniş çeşiddə mobil telefon, televizor, digər elektronika məhsulları  və məişət avadanlıqları mövcuddur.

Çox sərfəli kredit şərtləri və münasib qiymətlərlə məhsul ala biləcəyiniz Optimal Nizami filialında  açılış günü məbləğindən asılı olmayaraq alış-veriş edən bütün müştərilərə hədiyyələr təqdim olunub.  Hal-hazırda mart ayının 31-nədək Optimalda xüsusi Novruz Kampaniyası qüvvədədir. Bütün mağazalarda olduğu kimi Nizami filialında da Novruz kampaniyası keçərlidir.  Bu kampaniyaya əsasən müştərilər nağd alış zamanı həm endirim, həm də hədiyyə qazana, kreditlə isə 12 aylıq ilkin ödənişsiz, faizsiz, komissiyasız şərtlərdən yararlana bilərlər.

17 mart tarixinə təsadüf edən açılışda Optimal şirkətinin əməkdaşları, partnyor şirkətlər, sənət və media aləminin dəyərli nümayəndələri iştirak etdi. Qırmızı lent kəsildikdən sonra qonaqlarla birlikdə mağazaya daxil olan şirkət rəhbəri Əhəd Əsgərov “Məqsədimiz azərbaycanlıların qürur duyacağı bir şirkət olmaqdır” deyərək, şirkətin 20 illik təcrübəsindən və gələcək perspektivlərindən bəhs etdi. 

Maraqlı proqramla davam edən tədbirdə Anar Şuşalının “Optimal” mahnisi ifa edildi, milli rəqs göstərisi oldu, zövq oxşayan musiqi ifaları səsləndirildi, qonaqlara nəfis təamlar ikram edildi. 

Xatırladaq kı, 60-ci mağazasını açan  “Optimal Elektronika” Şirkəti  1997-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Optimal Azərbaycanın ən böyük məişət texnikası, elektronika və mebel satan mağazalar şəbəkəsindən biridir.

Bakıda 29, bölgələrdə isə 31 mağazası ilə müştərilərə xidmət göstərən Optimal Bosch, Samsung, Vestel, Sony, Carrier, Simfer, Karcher, Singer kimi dünya brendləri ilə əməkdaşlıq etməklə yanaşı, öz müştərilərinə yüksək servis xidmətini də həyata keçirir. Optimal  Şirkəti bütün məhsullarına 3 ilədək zəmanət, pulsuz çatdırılma və quraşdırılma təklif edir.

Reklam hüququnda

 

 

Paylaş:
1203

Son xəbərlər

Bütün xəbərlər