Bu gün Ümumdünya Su Resursları Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Ümumdünya Su Resursları Günüdür

12:30 - 22 / 03 / 2018
Bu gün Ümumdünya Su Resursları Günüdür

22 mart - Ümumdünya Su Günü və ya Su Resursları Günüdür.

Bu gün BMT-nin Baş Assambleyasının 1992-ci il 22 dekabr tarixli Qətnaməsinə əsasən elan edilib.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu günün keçirilməsində əsas məqsəd su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasına, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyənləşdirilməsinə və bu barədə maarifləndirmənin təmin edilməsinə, təmiz su ehtiyatlarının sürətlə azalması səbəbindən yaranacaq təhlükəli vəziyyətə diqqət çəkməkdir.

Hər il bir deviz altında keçirilən Ümumdünya Su Resursları Gününün builki mövzusu “Su üçün təbiət”dir.

Hazırda dünyada 2,1 milyard insan evlərində təhlükəsiz və sağlam su olmadan yaşayır.

Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Respublikamızın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axınının hesabına formalaşır.

Hazırda Bakı şəhərində yaranan çirkab suları Hövsan, Sahil, Buzovna, Mərdəkan-Şüvəlan və Zığ təmizləyici qurğularında təmizləndikdən sonra Xəzər dənizinə axıdılır.

1news.az

Paylaş:
576

Son xəbərlər

DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19FOMO BAKU klubu dünyanın 100 ən yaxşı klubu siyahısına daxil oldu! - FOTO - VİDEOBu gün, 14:16Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşübBu gün, 14:10Azərbaycanın hərbi qulluqçusu minaya düşübBu gün, 14:02İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş veribBu gün, 13:54Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİBBu gün, 13:35Jerar Depardye Parisdə saxlanılıbBu gün, 13:21Rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edilib - DOSYEBu gün, 12:57“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilibBu gün, 12:51Sabah 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:46Növbəti köç karvanı Füzuliyə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:41Babək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunduBu gün, 12:36Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcəkBu gün, 12:22Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcəkBu gün, 12:21Prezident daha bir icra başçısını vəzifəsindən azad etdiBu gün, 12:15Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilibBu gün, 11:51TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıbBu gün, 11:51PAŞA Holding tərəfindən Future Shapers inkişaf proqramının açılış tədbiri təşkil edilib - FOTOBu gün, 11:45Abşerona olan sevgi ziyalıları bir araya topladıBu gün, 11:42
Bütün xəbərlər