32 ədəd müxtəlif cinsli ağacın kəsilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

32 ədəd müxtəlif cinsli ağacın kəsilməsinin qarşısı alınıb

21:51 - 28 / 03 / 2018
32 ədəd müxtəlif cinsli ağacın kəsilməsinin qarşısı alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7-9 saylı binaların qarşısında yaşıllıq ərazinin hasarlanması ilə bağlı daxil olan məlumat Nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, əraziyə keçirilən baxış zamanı sözügən ünvanda 20 sot torpaq sahəsinin hasara alındığı və hasarlanmış ərazinin daxilində ümumilikdə yaş köküstə 32 ədəd müxtəlif cinsli ağacın (qovaq, sərv, söyüd, liqustur) olduğu  məlum olub.

Ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi, hasarın sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün Nəsimi rayon və Bakı Şəhər İcra Hakimiyyətlərinə telefonoqram göndərilib.

1news.az

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər