BANM və Almaniyanın GUNT şirkəti arasında uğurlu əməkdaşlıq davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM və Almaniyanın GUNT şirkəti arasında uğurlu əməkdaşlıq davam edir

12:16 - 29 / 03 / 2018
BANM və Almaniyanın GUNT şirkəti arasında uğurlu əməkdaşlıq davam edir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Almaniyanın məşhur G.U.N.T Geratebau GmbH şirkətinin Satış və biznesin inkişafı üzrə direktoru cənab Heiko Lentfer ilə görüşüb. Görüşdə həmçinin Caspian Lab şirkətinin Təchizat meneceri  Səfa Hacıyev və BANM-ın məsul əməkdaşları iştirak ediblər. 

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüş zamanı rektor Elmar Qasımov G.U.N.T şirkətilə əməkdaşlıqdan razı olduğunu və təchiz edilmiş laboratoriyaların tələbələrin yüksək ixtisaslı gənc mütəxəssis kimi yetişmələrində əvəzsiz rolu olduğunu bildirib.

Cənab Heiko Lentfer isə Bakıya, xüsusilə BANM-a növbəti səfərindən çox məmnun olduğunu söyləyib. O qeyd edib ki, BANM G.U.N.T şirkətinin Qafqaz regionu üzrə ən böyük partnyorudur və şirkət Ali Məktəb ilə əməkdaşlığa böyük önəm verir. 

Tərəflər arasında aparılan müzakirələr zamanı əməkdaşlığın ehtiyac duyulan istiqamətləri müzakirə edilib. Müzakirələr zamanı BANM-ın laboratoriyaların istifadəsi və saxlanılması üzrə məsul əməkdaşlarına və müəllimlərinə G.U.N.T şirkəti tərəfindən peşəkar təlimlərin keçirilməsi, Ali Məktəbin gələcəkdə tədqiqat laboratoriyaları ilə təchiz olunması və digər məsələlərə toxunulub və müəyyən razılıqlar əldə edilib.

Qeyd edək ki, 2011-ci ildən əməkdaşlığa başlayan BANM və müxtəlif texnoloji avadanlıqların təchizatı üzrə ixtisaslaşan məşhur G.U.N.T şirkəti arasında bu müddət ərzində böyük işlər görülüb. Belə ki, 2017-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi Bakı Ali Neft Məktəbinin kampusu Almaniyanın G.U.N.T şirkətinin tədris labaratoriyaları ilə ən yüksək səviyyədə təchiz olunub.

S.Xankişiyeva

 

Paylaş:
492

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər