Hindistan xəstəxanaları ürək əməliyyatları, xərçəngin müalicəsində yüksək səviyyəyə malikdirlər - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hindistan xəstəxanaları ürək əməliyyatları, xərçəngin müalicəsində yüksək səviyyəyə malikdirlər - FOTO

13:26 - 30 / 03 / 2018
Hindistan xəstəxanaları ürək əməliyyatları, xərçəngin müalicəsində yüksək səviyyəyə malikdirlər - FOTO

Hindistanın aparıcı səhiyyə qurumları və xəstəxanalarının iştirakı ilə “Səhiyyədə qlobal trendlər və Hindistana tibbi turizmin artırılması” mövzusunda Bakı seminar keçirilib.

1news.az-a Hindistanın Bakıdakı səfirliyindən verilən məlumata görə, seminar beynəlxalq səhiyyə əlaqələndiricisi “medECUBE India” şirkəti ilə Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Hindistandan, Amerikadan və Azərbaycandan seçilmiş səhiyyə mütəxəssisləri, o cümlədən Azərbaycan Səhiyyə Nazirliyindən Dr. Samir Abdullayev, “Artiman Ventures”in icraçı direktoru Dr. Ajit Singh (ABŞ), “Max Healthcare”in nümayəndəsi Anas Wajid (Hindistan), “medECUBE Healthcare Indian”ın baş icraçı Ddrektoru  Dr. Dilpreet Brar və Dr. Rəşad Məmmədov iştirak ediblər.

Panel iştirakçıları ümumilikdə qlobal səhiyyə sisteminin müxtəlif aspektləri ilə bağlı fikirlərini bölüşdülər və Hindistanın əsas səhiyyə məkanı kimi inkişafından söz açıblar.

Qeyd edilib ki, Hindistan səhiyyənin ümumilikdə keyfiyyətini müəyyən edən amillər üzrə üstünlük qazandığından ötən illər ərzində tibb əhəmiyyətli səyahətə görə ən yüksək nəticə göstərən məkana çevrilib.

Hindistan  Beynəlxalq Birgə Komissiyada akreditasiyadan keçmiş xüsusi olaraq qlobal standartlara uyğun səhiyyə xidməti ilə təmin edən 22 xəstəxanaya malikdir. Hindistan xəstəxanaları ürək əməliyyatları, diz və oynaq transplantasiyası, xərçəngin müalicəsi, kosmetik cərrahiyə və stomatologiya sahəsində yüksək səviyyəyə malikdirlər. Bu xəstəxanalar xüsusilə də, mürəkkəb ürək əməliyyatlarının,xərçəngin müalicəsi və əməliyyatlarının, nevro və ümumi əməliyyatların yüksək texnologiyalardan və tibbi prosedurlardan istifadə edərək həyata keçirilməsi üzrə ixtisaslaşıblar. Hindistanda tibbi müalicə dünyada ən aşağı xərcli hesab olunsa da, istifadə olunan avadanlıqlar dünyanın ən yaxşı avadanlıqları qədər mükəmməldir.

Seminarda çıxış edən Hindistan səfiri Sanjay Rana bildirib ki, Hindistan dünya səviyyəli avadanlıqları olan xəstəxanalarla yanaşı ixtisaslı həkimlərə və tibb heyətinə malikdir. Hindistan pasientlərə münasib qiymətə yüksək keyfiyyətli müalicə təklif edən rəqabətli üstünlüyə malikdir. Ürəyin koronar şuntlaması və ürək klapanının əvəzlənməsi kimi böyük əməliyyatlarda və ya leykemiyanın müalicəsində qiymət fərqi Qərb ölkələri ilə müqayisədə 10 dəfədən 20 dəfəyə qədər, digər Asiya ölkələrindəki qiymətin isə yarısından da azdır. Yüksək keyfiyyətlə qiymət üstünlüyünün bu vəhdəti Hindistan üçün unikaldır. Səfr Sanjay Rana həmçinin, Hindistanın ən yüksək səviyyəli xəstəxanalarının Azərbaycan dilində kataloqunu təqdim edib.

P.Sultanova

 

Paylaş:
851

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər