Səbail rayonunda soyqırımı qurbanlarının xatirəsi anılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbail rayonunda soyqırımı qurbanlarının xatirəsi anılıb

15:36 - 02 / 04 / 2018
Səbail rayonunda soyqırımı qurbanlarının xatirəsi anılıb

Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı imzaladığı Sərəncamın icrası ilə bağlı paytaxtın Səbail rayonunda geniş tədbirlər planı hazırlanıb, idarə, təşkilat və müəssisələrdə, ali və orta təhsil, mədəniyyət müəssisələrində müxtəlif konfranslar, dəyirmi masalar, toplantılar keçirilib, rəsm və kitab sərgiləri təşkil olunub, ingilis dilinə tərcümə edilmiş “Azərbaycanlıların soyqırımı” kitabının təqdimatı keçirilib, məktəblilərin Memorial Soyqırımı Muzeyinə ekskursiyaları təşkil olunub.

Səbail Rayon İcra Hakimiyyətindən 1news.az-a bildiriblər ki, soyqırımının 100 illiyinə həsr olunmuş növbəti tədbir Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının qərargahında rayon rəhbərliyinin, müharibə veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbirdə çıxış edərək rayonda keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımına məruz qalıb.

Vurğulanıb ki, uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq, “Böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakıda və Azərbaycanın bir sıra bölgələrində minlərlə dinc azərbaycanlını yalnız milli mənsubiyyətinə görə məhv edib, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar. 1992-ci ilin fevralında isə ermənilər havadarlarının köməyi ilə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı aktı törətdilər.

Diqqətə çatdırılıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib.

Eldar Əzizov bildirib ki, Ulu Öndərin siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev tərəfindən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalanıb.

Sonra çıxış edən Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev, müharibə veteranları Bəhrəm Ağakişiyev, Yuri Qaraqanov, İradə Sadıqova və başqaları 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş və görüləcək işlər barədə danışıblar.

Sonda iştirakçılar tərəfindən havaya qara şarlar buraxılıb.

1news.az

Paylaş:
474

Son xəbərlər

Nəsimi rayonun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15
Bütün xəbərlər