Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib

18:10 - 02 / 04 / 2018
Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib

Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi (Gıda, Tarım ve Hayvancılık Bakanlığı) Türkiyə ərazisində istehsal olunan qida məhsulları ilə bağlı araşdırma aparıb.

Qida Təhlükəsizliyi Agentliyindən 1news.az­­-a verilən məlumata görə, aparılan araşdırmaya əsasən, 173 istehsalçıya məxsus 282 adda məhsulda tərkibində insan həyatı və sağlamlığı üçün təhlükə yarada bilən, etiketlənməsində qeyd olunmayan qida və qida əlavələri aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyi həmin məhsulların siyahısına baxış keçirib və Türkiyədən Azərbaycana ixracı ehtimal olunan 119 adda istehsalçıya məxsus məhsulların siyahısını hazırlayıb.

Siyahıda qeyd olunan qida məhsullarının 17 növü ət və ət məhsullarına, 40 növü süd və süd məhsullarına,15 növü bal məhsullarına, 40 növü bitki yağlarına, 1 növü çay məhsuluna 1 növü ədviyyat məhsuluna, 4 növü şokolad məhsuluna, 4 növü spirtsiz içkilərə, 1 növü enerji içkilərinə, 13 növü isə qida əlavələrinə aiddir.

Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətlərinə müvafiq sorğular göndərib.

Agentlik əhalini siyahıda yer alan qida məhsullarını almamağa çağırır. Agentlik vətəndaşların nəzərinə çatdırır ki, bu qida məhsulları ilə rastlaşdıqda həmin qida məhsullarının nümunəsini və qida məhsulunun əldə olunduğu satış nöqtəsinin adı və ünvanı daxil olmaqla,  Agentliyin (012) 377-00-77 telefon nömrəsinə zəng vurmaqla, yaxud rəsmi müraciət etməklə bildirsinlər.

Siyahı ilə ətraflı keçiddən tanış ola bilərsiniz:

(https://www.tarim.gov.tr/Duyuru/606/Kamuoyuna-Duyurulur)

1news.az­­

Paylaş:
348

Son xəbərlər

Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15
Bütün xəbərlər