Hacıqabulda 10 kəndi birləşdirən yol yenidən qurulur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hacıqabulda 10 kəndi birləşdirən yol yenidən qurulur

18:26 - 04 / 04 / 2018
Hacıqabulda 10 kəndi birləşdirən yol yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Hacıqabul rayonunda cari ildə magistral, kənd və qəsəbə yollarının yenidən qurulması və bərpası ilə bağlı 3 yol infrastrukturundan 2-də işlərə başlanılıb və yüksək keyfiyyətlə davam etdirilir.

Agentlikdən 1news.az-a verilən məlumata görə, bunlardan biri Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yoludur.

Hacıqabul rayonunda bu il reallaşdırılması nəzərdə tutulan yol infrastrukturu layihələri 100 mindən çox əhalinin yaşadığı 27 yaşayış məntəqəsini əhatə etməklə 108,7 km uzunluğa malikdir. Bu çərçivədə 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər davam etdirilir.

Əvvəllər torpaq örtükülü olan yolda payız-qış aylarında avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanırdı. Yolun yenindən tikilməsi ilə mövcud problemlər həllini tapmış olacaq.

Uzunluğu 51,5 km olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun yolun çiyinlərinin eni hər bir istiqamət üzrə eni 2 m və 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 m təşkil edəcək.

Layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yeni yol yatağı və yol əsası inşası yekunlaşmaq üzrədir. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür. Yol geyiminin əsasının tikintisi işləri isə qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır.

Torpaq işlərinə paralel olaraq hazır olan hissələrə isə 2 qat olmaqla asfalt-beton örtük döşənir. Artıq yolun 30 km-ə yaxın hissəsində asfaltlanma işləri bitib. Ümumilikdə isə 300 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılacaq. Asfalt döşənən ərazilərdə çiyin hissələrin bərkidilməsi işləri də görülür. Eyni zamanda suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 paqon-metr müxtəlif diametrli dəmir-beton borular da quraşdırılır.

Yolun tikintisi yekunlaşandan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə təhlükəsizlik dirəkləri, yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, xətlənmə işləri aparılacaq.

1news.az

Paylaş:
675

Son xəbərlər

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35
Bütün xəbərlər