Bakının iki yerində hərəkət məhdudlaşdırılacaq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının iki yerində hərəkət məhdudlaşdırılacaq – FOTO

14:57 - 06 / 04 / 2018
Bakının iki yerində hərəkət məhdudlaşdırılacaq – FOTO

Aparılan təmir işləri ilə əlaqədar bu gecə Bakının iki ərazisində hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

1news.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, məhdudlaşdırma qısa müddətə paytaxtın Nərimanov rayonunun Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonunun Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətində tətbiq ediləcək.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunub.

S.Xankişiyeva

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər